Mart 01, 2017 10:34 Asia/Baku
  • İnqilab Rəhbərinin iştirakı ilə xanım Fatimənin(s.ə) ikinci əzadarlıq gecəsi keçirilib
    İnqilab Rəhbərinin iştirakı ilə xanım Fatimənin(s.ə) ikinci əzadarlıq gecəsi keçirilib

Xanım Fatimənin(s.ə) ikinci əzadarlıq gecəsi İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullahülüzma Xameneinin iştirakı ilə İmam Xomeyni(r.ə) hüseyniyəsində keçirilib.

Müxtəlif təbəqədən olan minlərlə insanın habelə, bir qrup dövlət rəsmisinin iştirak etdiyi bu mərasimdə höccətülislam Rəfiyi xanım Fatimənin Allah Tala, İslam peyğəmbəri(s.ə.s), imamlar(ə) və mələklər yanında malik olduğu özəl və ali mövqeyə işarə edərək, deyib: Xanım Fatimə(s.ə) ismət məqamına malikdir və onun qəzəbi və razılığı, ilahinin qəzəbi və razılığıdır. 

Höccətülislam Rəfiyi "miada inam"ı xanım Fatimənin(s.ə) həyatında qətiyyətli və ibrətamiz prinsip adlandırıb və o həzrətin həyatında miada inamı xatırladan nümunələrə işarə edərək, deyib: Miada inam insanlar arasında tövhidə inamın artmasına, ictimai haqq və hüquqlara hörmətin edilməsinə, günahdan çəkinməyə, ilahinin və insanların haqlarına təcavüzdən çəkinməyə səbəb olar. 

Xanım Fatimənin(s.ə) şəhadətinin ildönümü günləri münasibəti ilə əzadarlıq mərasimləri fevral ayının 27-dən etibarən martın 3-nə kimi 5 gün davam edəcək. 

Bəzi rəvayətlərə görə, 1438-ci hicri şəmsi ili,  Cəmadiüs-Sani ayının 3-ü İslam peyğəmbəri həzrət Məhəmməd Mustafanın(s.ə.s.) əziz qızı xanım Fatimənin(s.ə) şəhadətinin ildönümü günüdür. 

Xanım Fatimə(s.ə) bir rəvayətə görə hicrətin 11-ci ilində, Cəmadiül-Əvvəl ayının 13-də, başqa bir rəvayətə görə isə, Cəmadiüs-Sani ayının 3-də şəhid olub. 

Teqlər