Mart 23, 2017 12:13 Asia/Baku
  • İranlı qadın futbolçular Soçidə qələbə qazanıblar
    İranlı qadın futbolçular Soçidə qələbə qazanıblar

İranın gənc qadınlardan ibarət futbol yığması Rusiyanın Soçi şəhərində üç ardıcıl qələbə ilə öz qrupunda birinci olaraq, yarışların növbəti mərhələsinə çıxıb.

IRNA-nın məlumatına görə, dünən Soçi beynəlxalq yarışlarında İran ilə Sloveniya komandaları arasındakı görüşdə İran komandası rəqib komandanı məğlub edərək, öz qrupunda birinci olub və yarışların növbəti mərhələsinə çıxıbdır.

İranın gənc qadınlardan ibarət futbol yığması bundan öncə də Krasnodar və Qazaxıstan komandalarını məğlub etmişdi. Sabah keçiriləcək görüşlərdən sonra İranın rəqibi məlum olacaq.