Mart 24, 2017 15:17 Asia/Baku
  • Tehranın imam cüməsi xalqın seçkilərdə maksimum iştirakını vurğulayıb
    Tehranın imam cüməsi xalqın seçkilərdə maksimum iştirakını vurğulayıb

Tehranın bu həftəki cümə namazının xətibi 19 mayda İranda keçiriləcək prezident və şəhər və kənd şuraları seçkilərində xalqın maksimum iştirakını vurğulayıb: Xalqın seçkilərdə maksimum iştirakı İran İslam İnqilabının mentalitet aspektini möhkəmlədir.

Tehranın bu həftəki cümə namazının xətibi Höccətülislam vəlmüslimin Kazım Siddiqi yeni günəş ili münasibəti ilə xalqı təbrik edib.

Qarşıdakı seçkilərə münasibət bildirən imam cümə əlavə edib: İran İslam Respublikası quruluşunda seçkilər həmişə önəmli dayaqdır. Çünki İslam Respublikası quruluşunun əsası demokratiya və xalqın iradəsinin təzahürüdür.

Kazım Siddiqi həmçinin İranda seçkilərin keçirilməsini İslam Respublikası quruluşunun ictimailiyinin davam etməsinin göstəricisi adlandırıb.

Tehranın müvəqqəti imam cüməsi İslam İnqilabının Böyük Rəhbəri tərəfindən 1396-cı günəş ilinin "Müqavimət İqtisadiyyatı; İstehsal və Məşğulluq" ili adlandırılmasına toxunub: Müqavimət İqtisadiyyatının icrasında İslam İnqilabının Böyük Rəhbərinin bələdçiliklərinə diqqət yetirmək iqtisadiyyat və özünü təmin sektorlarında problemlərin açarıdır.

Teqlər