Apr 16, 2017 10:05 Asia/Baku
  • İranda daşqınların törətdiyi ziyanlar barədə son məlumat
    İranda daşqınların törətdiyi ziyanlar barədə son məlumat

Son günlərdə İranın şimal qərb və qərbində şərqi Azərbaycan, qərbi Azərbaycan, Ərdəbil və Kürdüstan ostanlarında misli az görünmüş leysan yağışlar nəticəsində çayların daşması və daşqınlara səbəb olmuşdur.

Daşqınlar nəticəsində həlak olanların sayı 42 nəfərə çatıb. 

İran İslam Respublikası prezidentinin daşqınlar nəticəsində zərər çəkən vilayətlərə göndərdiyi xüsusi nümayəndəsi, ölkənin energetika naziri Həmid Çitçian dünən gecə qərbi Azərbaycanın fövqəladə hallar qərargahında keçirilən iclasda deyib: Daşqından zərər çəkənlərin ilkin ehtiyacları Qırmızı Aypara Cəmiyyəti tərəfindən təmin olunub. 

Çitçian ziyanların müəyyənləşdirilməsi əməliyyatının sürətləndirilməsinə təkid edərək deyib: Bu gün nazirlər kabinetinin iclasında şərqi Azərbaycan, qərbi Azərbaycan, Ərdəbil və Kürdüstan ostanlarında baş vermiş təbii fəlakətin son durumu araşdırılacaq və ziyanların dəqiqləşdirilməsindən sonra onların aradan qaldırılması üçün lazımı tədbirlər həyata keçiriləcək. 

İslam inqilabının böyük rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei dünən axşam bir müraciətdə bu müsibətli hadisə münasibəti ilə başsağlığı verərək vurğulayıblar ki, əlaqədar rəsmilərin üzərinə düşən vəzifə daşqınlardan zərər çəkənlərə yardım göstərmək və onların əzabları və kədərlərini azaltmaqdan ibarətdir. 

İran İslam Respublikası prezidenti Həsən Ruhani də dünən şərqi Azərbaycan, qərbi Azərbaycan və Ərdəbil ostanlarının icra başçıları ilə ayrı-ayrılıqda telefon danışıqlarında daşqından zərər çəkənlərə yardım üçün bütün qurumların imkanlarının səfərbər edilməsi və zərər çəkənlərə dərhal diqqət göstərilməsi barədə lazımı göstərişləri vermişdir. 

Şərqi Azərbaycan ostanının Əcəbşir və Azərşəhr rayonlarında daşqın nəticəsində bir neçə insanın həyatını itirməsi münasibəti ilə bu gün bu vilayətdə ümumi matəm elan olunub. 

Teqlər