Apr 17, 2017 20:48 Asia/Baku
  • Zərif Türkiyə xalqını təbrik edib
    Zərif Türkiyə xalqını təbrik edib

İran İslam Respublikası xarici işlər naziri türkiyəli həmkarı ilə telefon söhbətində Türkiyə xalqının bu ölkə konstitusiyasına düzəliş üzrə referendumda lehinə səs verməsini təbrik edib.

Türkiyədə referendumun nəticələrinə əsasən, bu ölkə vətəndaşları 51,3% səslə konstitusiyada düzəlişin lehinə səs veriblər.

Türkiyə konstitusiyasının 18 maddəsində düzəlişlə parlament sisteminin prezident üsul idarəsinə keçməsi ilə prezident Rəcəb Tayyib Ərdoğanın səlahiyyətləri artacaq.

İran XİN-in Baş Media Diplomatiya İdarəsinin məlumatına görə, nazir Məhəmməd Cavad Zərif türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon söhbətində konstitusiyaya düzəliş üzrə referendumun lehinə səs verməsi münasibəti ilə Türkiyə xalqını təbrik edib və bu nailiyyətin Türkiyədə stabilliyin daha da güclənməsi ilə nəticələnəcəyinə ümid bəsləyib.

Teqlər