Apr 22, 2017 08:19 Asia/Baku
  • Ötən bir ildə İranda onlarla partlayış zərərsizləşdirilib

İranın təhlükəsizlik naziri deyib ki, ötən bir il ərzində ölkənin təhlükəsizlik qüvvələri tərəfindən 30-dan çox partlayış planı zərərsizləşdirilib.

İranın təhlükəsizlik naziri Seyid Mahmud Ələvi dünən İranın şimalındakı Sari şəhərində bildirib ki, təhlükəsizlik nazirliyi heç bir ölkəyə İrana qarşı fitnəkarlıq icazəsi verməyəcək. O, deyib ki, müxtəlif ölkələrdə əmin-amansızlıq mövcuddur, amma İranda düşmənlərin bütün fitnələri təhlükəsizlik qüvvələri tərəfindən izlənərək, zərərsizləşdirilir.

Ələvi əlavə edib: İranın təhlükəsizlik qüvvələri qanlarının son damlalarına kimi ölkənin təhlükəsizliyi üçün müqavimət göstərəcəklər.

İranın təhlükəsizlik naziri son zamanlar da demişdi ki, İran xalqı təhlükəsizlik nazirliyinin adından dinclik hissi keçirir, zira bilir ki, təhlükəsizlik qüvvələri terrorçulara rəhm etməyəcəklər.

Teqlər