Apr 26, 2017 17:31 Asia/Baku
  • İran və Braziliya müdafiə nazirləri əməkdaşlıqlara təkid ediblər
    İran və Braziliya müdafiə nazirləri əməkdaşlıqlara təkid ediblər

İran İslam Respublikasının müdafiə naziri deyib: İran ilə Braziliya arasında əməkdaşlıqların müxtəlif sahələr üzrə genişləndirilməsi üçün yaxşı potensiallar var.

İRNA-nın verdiyi məlumata görə, İranın müdafiə naziri General Mayor Hüseyn Dehqan bu gün Moskvada 6-cı beynəlxalq təhlükəsizlik konfransının kənarında Braziliyanın müdafiə naziri Raul Penito ilə görüşüb. 

Görüşdə iki ölkənin qarşılıqlı, regional və beynəlxalq sahələrdəki əlaqələri araşdırılıb. General Dehqan Braziliyanın regional və beynəlxalq məsələlərdəki konstruktiv rolunu, bu ölkənin İranın sülh məramlı nüvə fəaliyyətlərinə dəstəyini yüksək qiymətləndirib.

İranın müdafiə naziri iki ölkə araında müxtəlif sahələrdə əməkdaşlıq və inteqrasiya fürsətlərindən faydalanmağın vacibliyini vurğulayıb. 

Görüşdə Braziliyanın müdafiə naziri Raul Penito da iki ölkə əməkdaşlıqlarının bütün sahələrdə yüksələn xətt üzrə inkişaf etdiyini bildirərək, terrorizm ilə qətiyyətli mübarizədə iki ölkə arasıında təcrübə və informasiya mübadiləsini istəyib. 

Moskva 6-cı beynəlxalq təhlükəsizlik konfransı bu gün öz işinə başlayıb. Suriya və Yəməndə təkfirçi terrorçu cərəyanın, onun region və dünyaya yayılmasının eləcə də orta şərq və dünyada son durumun araşdırılması bu iclasın əsas gündəmini təşkil edir.  

Teqlər