Apr 30, 2017 14:23 Asia/Baku
  • "Fars Körfəzi Ulduzu" neftayırma zavodunun birinci fazası istifadəyə verildi

İran İslam Respublikası prezidenti Həsən Ruhani Hörmözqan ostanında yerləşən "Fars Körfəzi Ulduzu" neftayırma zavodunun birinci fazasının açılış mərasimində iştirak edib.

Həsən Ruhani bazar günü Fars Körfəzi Ulduzu neftayırma zavodunun gündəlik 120 min barel qaz konsendantları istehsalı gücünə malik olan birinci fazasının açılış mərasimində deyib: Bu layihənin istifadəyə verilməsi və benzin istehsalında idxala ehtiyacın qalmaması İran xalqı üçün böyük bir fəxrdir.

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Xatəmül-Ənbiya(s) quruculuq qərargahının komandanı İbadullah Abdullahi bu mərasimdə deyib: Fars Körfəzi Ulduzu neftayırma zavodunun birinci fazasının istifadəyə verilməsi ilə gün ərzində 12 milyon litr benzini, 4.5 milyon litr dizel yanacağı, 1 milyon litr ağ neft və 1.3 milyon ton maye qaz istehsal ediləcək. Bu məhsulların hamısı "euro4" standartına uyğundur.

İbadullah Abdullahi daha sonra deyib: Fars Körfəzi Ulduzu neftayırma zavodunun tam gücü ilə istifadəyə verilməsi ilə gündəlik benzin istehsalı həcmi 36 milyon litrə çatacaq. Bununla da İranda gündəlik benzin istehsalının ümumi həcmi 100 milyon litrə çatacaq.Bu isə artıq ölkənin benzin idxalına ehtiyacının qalmayacağı deməkdir.

Teqlər