May 10, 2017 19:32 Asia/Baku
  • Ruhani İran-Qırğızıstan əlaqələrinin ildönümü münasibəti ilə təbrik müraciəti ünvanlayıb
    Ruhani İran-Qırğızıstan əlaqələrinin ildönümü münasibəti ilə təbrik müraciəti ünvanlayıb

İran prezidenti qırğızıstanlı həmkarına ünvanladığı müraciətdə, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibəti ilə onu təbrik edib.

İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə günü Qırğızıstan prezidenti Almbazbek Atambayevə ünvlandığı müraciətdə bildirib: Ötən 25 ildə İran İslam Respublikası və Qırğızıstan qarşılıqlı hörmət və müştərək mənafe çərçivəsində münasibətlərin inkişafı üçün böyük addımlar atmışlar.

Ruhani bildirib: İki xalqın rifahı istiqamətində iki ölkənin yaxşı münasibətləri yolu möhkəmlənməli və regional və beynəlxalq sülh və stabillik yolu davam etməlidir.

İran prezidenti xatırladıb: Regional təhdid və problemləri uğurla arxada qoymaq, bütün Mərkəzi Asiya ölkələrinin konstruktiv əməkdaşlığı və həmrəyliyi sayəsində mümkündür və ikitərəfli məsləhətləşmələr davamlı təhlükəsizliyin yaranması və dostluq münasibətlərini daha da möhkəmlənməsi ilə nəticələnəcək.

Teqlər