May 23, 2017 13:39 Asia/Baku
  • Laricani: Ərriyad terrorizmin eksport mərkəzidir
    Laricani: Ərriyad terrorizmin eksport mərkəzidir

İran İslam Şurası Məclisinin sədri ABŞ prezidentinin Ərəbistan səfərinə toxunaraq, bildirib ki, Ərriyad terrorizmin eksport mərkəzidir.

Amerika prezidenti Donald Trampın terrorizmlə mübarizə mehvəri ilə bəzi ərəb və islam ölkələrinin başçıları ilə birgə iclası bazar günü Ərəbistanın paytaxtı Ərriyadda keçirildi.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani bu gün məclisin açıq iclasında son Ərriyad iclası barədə belə deyib: Səudlar və amerikanlar elə bir halda terrorizmlə mübarizə iddiası ilə çıxış edirlər ki, tarix boyu bu iki ölkə müxtəlif terror cərəyanlarının yaradılmasında rol oynayıbdır.

İran parlamentinin sədri amerikalı rəsmilərin 11 sentyabr hadisəsi və səud başçılarının bu hadisədəki rolları haqdakı son hesabatına toxunaraq, əlavə edib: Şübhə yoxdur ki, İŞİD və Cibhətunnusrə terror qrupları, eləcə də onlarla digər terror qrupu səudların və regiondakı bəzi kiçik ölkələrin köməyilə yaradılaraq, himayə olunublar. 

Laricani bildirib ki, Ali-Səud rejimi sionist rejimə qarşı heç bir döyüşdə fədakarlığa və xərc çəkməyə hazır olmayıbdır. O, deyib: Bu, bir islam ölkəsi üçün eyibdir ki, öz paytaxtında sionist rejimlə mübarizədə səy göstərən Hizbullah və Həmas kimi iki ərəb müqavimət qrupunu terrorçu kimi təqdim edir.

Teqlər