May 24, 2017 13:59 Asia/Baku
  • Ruhani: Düşmənlər nadanlıqla İranın raket qüdrəti haqda açıqlama verir

İran İslam Respublikası prezidenti deyib: İran xalqı düşmənlərinin İslam Respublikasının raket qüdrəti ilə əlaqədar açıqlamaları onların nadanlığına görədir. Çünki İranın qüdrəti xalqına inamdır.

İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə günü Nazirlər Kabinetinin iclasında əlavə edib: İranın qüdrəti təkcə raket deyil, Amma İran raketə ehtiyaclı olduğu halda, onu istehsal edir və düşmənlərin sözünə etina etməyəcək.

Ruhani İran xalqının düşmənlərinə xitabən deyib: Səddam rejiminin İrana təcavüzü dövründə düşmənlərin çoxlu raket və təyyarələri vardı və Səddamı ən modern təyyarə, tank və ən ağır kimyəvi silahlarla təchiz etdilər. Lakin İran xalqı iman, vəhdət və Vəliyyi-Fəqihin buyruqları ilə qalib gəldi.

İran prezidenti həmçinin 3 xordad Xürrəmşəhrin azad edilməsinin ildönümü gününə toxunub: İraqın İran əleyhinə elan olunmamış müharibəsində dünya İran xalqının qarşısında durmuşdu və İran xalqı böyük möcüzə yarada bildi.

"Regionun ərəb ölkələrinin İrana hücumda Səddam rejimi ordusuna maliyyə və silah dəstəyini etiraf etməsi 3 xordad Xürrəmşəhrin azad olunması İran xalqının düşmənin təcavüzü qarşısında ən böyük və ən şirin qələbəsi olduğunu əks etdirdi" -deyə Ruhani əlavə edib. 

Bu gün 3 xordad (24 may) İranın cənub qərbində Xürrəmşəhr şəhərinin 1982-ci ildə azad olunmasının ildönümü günüdür. Xürrəmşəhrin azad edilməsi İraqın İrana qarşı elan olunmamış müharibəsində Beytül-Müqəddəs əməliyyatının ən önəmli məqsədlərindən biri idi. Bu şəhər 578 gün işğaldan sonra azad edildi.

Teqlər