İyun 28, 2017 12:07 Asia/Baku
  • Qasemi: Vaşinqton aşkar şəkildə ünvanı yanlış verir
    Qasemi: Vaşinqton aşkar şəkildə ünvanı yanlış verir

İran Xarici İşlər Nazirliyinin sözçüsü Amerika ali məhkəməsinin son anti-mühacirət hökmünə reaksiyada deyib: Amerika dar düşüncəli ticarət dəlillərinə görə, gözünü Amerikadakı terror hərəkətlərinin əsas səbəbkarlarına yumub və aşkar şəkildə ünvanı yanlış verir.

Bəhram Qasemi bu gün səhər deyib: Amerika ali məhkəməsinin bu qərarı Vaşinqtonun müsəlmanlarla ayrı-seçkilik rəftarı və onlara insafsızcasına baxışından xəbər verir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: Amerikada yaşayan və bu ölkəyə səfər edən müsəlmanların, o cümlədən iranlıların böyük əksəriyyətinin öz tarix, mədəniyyət və sivilizasiyalarına əsasən, zorakılıq və ifratçılıqdan uzaq gəzən, dinc və həmişə qanunsevər insanlar olduqları bir halda, Amerika hökmranlarının onlara baxışları daim bədbinlik və təhqir ilə yanaşı olubdur.

Trampın anti-mühacirət fərmanları indiyədək dünya ölkələri, BMT və insan haqları təşkilatlarının kəskin tənqid atəşlərinə tuş gəlibdir.

 

 

Teqlər