İyul 20, 2017 09:21 Asia/Baku
  • Generalı Məhəmməd Əli Cəfəri
    Generalı Məhəmməd Əli Cəfəri

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandanı deyib: İranın raket potensialı heç bir vəchlə müzakirəyə açıq deyil və İran öz raket potensialını müdafiə edəcək.

Sepah-ın baş komandanı ordu generalı Məhəmməd Əli Cəfəri çərşənbə günü Məşhəd şəhərində Sepah-ın Quru Qoşunları komandanlarının iclasında deyib: İranın hava, dəniz və yer tipli raket potensialları sürətlə inkişaf etdirilir. 

Ordu generalı Məhəmməd Əli Cəfəri önləyici qüdrətin formalaşmasında raket potensialının böyük rola malik olduğunu qeyd edərək, deyib: Suriyada İŞİD terrorçularının mövqelərinə raket zərbələrinin endirilməsi üzrə son raket əməliyyatı zamanı istifadə edilən və hədəfi dəqiq vurmaq qabiliyyətinə malik olan raketlərin sayı artırılmaqdadır. 

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah ötən iyun ayının 18-də İŞİD terrorçularının Suriyanın Deyrəzzur vilayətindəki komandanlıq mərkəzi, tədarükat mərkəzi, avtomobillərə bombaların quraşdırıldığı emalatxananı və terrorçuların sığınacağını 6 ədəd orta mənzilli ballistik raket ilə hədəfə aldı. 

Sepah-ın baş komandanı həmçinin, İslam İnqilabının mənəvi nüfuzunun dünyanın bir çox nöqtəsində genişlənməkdə olduğuna işarə edərək, deyib: Bu potensial bu gün İranı böyük bir regional və həttə beynəlxalq qüdrətə çevirib. Və bu qüdrət İslam İnqilabının mənəvi qüdrəti və İran İslam Respublikası silahlı qüvvələri və Sepah-ın raket qüdrətindən qaynaqlanır. 

Teqlər