İyul 28, 2017 14:27 Asia/Baku
  • Tehranın müvəqqəti imamcüməsi: Amerikanın sanksiyaları nüvə anlaşmasını pozur
    Tehranın müvəqqəti imamcüməsi: Amerikanın sanksiyaları nüvə anlaşmasını pozur

Tehranın müvəqqəti imamcüməsi Amerika konqresinin nümayəndələr palatası və senatı tərəfindən İrana qarşı sanksiyalar layihəsinin qəbul olunmasının nüvə anlaşmasının ruhu və vücudunu pozduğunu bildirib və deyib ki, bu sanksiyalar Amerikaya etimadsızlığı sübuta yetirdi.

Höccətulislam Kazem Seddiqi Tehranın buhəftəki cümə namazı xütbələrində sonra belə söyləyib: Bütün iranlı rəsmilər bu qənaətdədirlər; bu sanksiyaların reallığı göstərdi ki, Amerika əslində İslam və İran İslam İnqilabı ilə ziddiyyətdədir və İran İslam İnqilabının keçmişə qayıtmasının ardıncadır.

Kazem Seddiqi Amerikanın sanksiyaları ilə yeganə mübarizə yolunu müqavimət iqtisadiyyatı, iqtisadi müstəqillik və daxili imkanlara söykənmə adlandırıb və belə söyləyib: İran xalqı əslində Qərb və Şərq ilə döyüşdüyü səkkizillik müharibədə inqilabçılıq əhval-ruhiyyəsini qoruyub saxlaya və ilahi vədlərə arxalanaraq, dünyanın zalım qüvvələri qarşısında dayana bildi. 

Amerika konqresinin nümayəndələr palatası iyulun 25-də İrana qarşı əhatəli sanksiyalar layihəsini 419, ABŞ senatı da 98 lehinə səslə bu layihəni qəbul etdilər.

Tehranın müvəqqəti imamcüməsi həmçinin Livan Hizbullahının Livan-Suriya sərhədində yerləşən Ərsal məntəqəsində terror qruplarına qalib gəlməsini təbrik edərək, deyib: Bu qələbə Livan Hizbullahının 2006-cı ilin iyulunda 33 günlük savaşda sionist rejim üzərindəki qələbəsi kimi mühüm bir strateji qələbə idi.

Tehranın cümə namazı xitabətçisi vurğulayıb: Regionda müqavimət yaşamaqda davam edir və Amerika, Ərəbistan və sionist rejim daxil olmaqla regiondakı terror qruplarının himayədarları tənəzzül etməkdədirlər.