Avq 16, 2017 12:58 Asia/Baku
  • İran insan haqları məsələsindən siyasi istifadəni tənqid edib

İranın məhkəmə hakimiyyətinin insan haqları qərargahının beynəlxalq məsələlər üzrə rəis müavini deyib: Təəssüflər olsun ki, insan haqlarından siyasi bir vasitə kimi istifadə olunur.

İranın məhkəmə hakimiyyətinin insan haqları qərargahının beynəlxalq məsələlər üzrə rəis müavini Kazem Qəribabadi Tehranda Türkiyədə qadın hüquqları fəalları və jurnalistlərdən bir qrupu ilə görüşdə beynəlxalq səhnədə mövcud olan insan haqları atmosferini tənqid edərək, əlavə edib: Hətta bir seçkinin üzünü belə görməmiş və başqa ölkələrə təcavüz edən ölkələr BMT insan haqları şurasının üzvü olurlar və bu məsələ hüquq sahəsindəki rəftar təzadlarındandır.

Qəribabadi söyləyib: Ərəbistan BMT-nin keçmiş baş katibi Ban Ki Mun tərəfindən silahlı qarşıdurmalarda yəmənli uşaqların hüquqlarını pozan ölkələr siyahısında yerləşdirilsə də, BMT-yə maliyyə yardımlarını kəsəcəyilə hədələyərək, bu siyahıdan çıxarıldı.

Qəribabadi həmçinin İranın daim insan haqlarının himayəsi, yüksəlişi və inkişafı yolunda durduğunu bildirərək, deyib: Müqəddəs İslam dini insan ləyaqəti və şərəfinə çox təkid edir və əgər İŞİD terror qrupu İslamın adından faciəli cinayətlər törədirsə, onun hesabı İslamdan ayrıdır.

İranın məhkəmə hakimiyyətinin insan haqları qərargahının beynəlxalq məsələlər üzrə rəis müavini vurğulayıb: İran, İslam dini, əsas qanun və beynəlxalq müahidələr kimi üç mühüm meyara əsasən, insan haqlarına xas bir önəm verir.

Teqlər