Avq 16, 2017 12:58 Asia/Baku
  • Şəmxani: Müqavimət mehvərinin qələbələri İŞİD-in məhvini vəd edir

İran İslam Respublikasının Milli Təhlükəsizlik Ali Şurasının katibi Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın Livandakı birlik yaradan rolunu vurğulayaraq, deyib ki, müqavimət mehvərinin son qələbələri İŞİD-in məhvini vəd edir.

Əli Şəmxani dünən Ələhd xəbər portalı ilə müsahibədə Livanın 33 günlük savaşdakı qələbəsinin 11-ci ildönümü ilə bağlı Livanın xalqını, dövlətini və Hizbullahı  təbrik edərək, deyib: İslami müqavimət 2006-cı ildə özünün şəhadətsevər döyüşçülərinin imanı və şücaətinə söykənərək, "məğlubedilməz sionist ordusu" əfsanəsini lağa qoydu və sübut etdi ki, İslam ümməti istədiyi zaman iman və cihad silahının köməyilə dünyanın ən güclü ordularını məğlub edə bilər.

İran İslam Respublikasının Milli Təhlükəsizlik Ali Şurasının katibi həmçinin Livan Hizbullahının Suriyadakı terror qruplarının məğlub edilməsindəki rolunu mühüm sayaraq, deyib: Hizbullahın İslam dünyasında və ərəb ölkələrindəki geniş reytinqi sionist rejimi və onun muzdurlarını hiddətləndiribdir.

Şəmxani vurğulayıb: İran İslam Respublikası var gücü ilə müqavimətə və terrorizmlə mübarizənin ön xəttində duran ölkələrə dayaq olacaq. 

İran İslam Respublikasının Milli Təhlükəsizlik Ali Şurasının katibi habelə ABŞ-ın terrorizmlə mübarizədəki ikili rəftarını tənqid edərək, deyib ki, amerikan helikopterlər dəfələrlə İŞİD-in işğalında olan məntəqələrə enib və Amerika qırıcıları Suriya sərhədləri yaxınlığında İraqın xalq səfərbər qüvvələrini hücuma məruz qoyublar.

Şəmxani qeyd edib ki, ABŞ-ın siyasətləri bu ölkənin regionda terrorizmin ən mühüm himayədarı olduğunu sübut edir.

Teqlər