Avq 18, 2017 15:23 Asia/Baku
  • Fransız ata-ana Qumda öz şəhid övladının məzarını ziyarət etdi

Müqəddəs Müdafiənin fransız şəhidlərindən olan şəhid Kamal Kurselin ata-anası övladlarının şəhadətindən 30 il sonra Qumda onun məzarını ziyarət edib.

Şəhid Kamal Kursel 15 yaşına qədər xristian idi. Tunisə səfər edərək atası tərəfindən müsəlman oldu. İmam Xomeyninin (rə) amalları ilə tanış olduqdan sonra şiə məzhəbini seçdi və Dini Hövzə təhsilini almaq üçün Quma səfər etdi.

Qumun Höccətiyyə mədrəsəsində təhsil alan şəhid Kursel müharibənin başlanması ilə könüllü şəkildə cəbhəyə yollandı və 1988-ci il Mirsad əməliyyatında şəhid oldu.

İRİB-in məlumatına görə, İran vətəndaşları, şəhid müəssisəsi və fədakarların məsələləri üzrə qurumun rəsmilərinin iştirakı ilə baş tutan mərasimdə şəhid Kamal Kurselin atası övladının məzarını öpüb və deyib: Fəxr edirəm ki, övladım islam yolunda addım atdı və şəhidlik dərəcəsinə nail oldu.

Kamal Kurselin dostlarından bir neçəsi də bu şəhidin ata-anasına xoş gəldin deyərək onun Qumda, cəbhədə və necə şəhid olması ilə əlaqədar xatirələrindən danışıblar.

Teqlər