Avq 22, 2017 19:38 Asia/Baku
  • Müsəlman alimlərin terrorizmə qarşı rolu vurğulanıb
    Müsəlman alimlərin terrorizmə qarşı rolu vurğulanıb

İranın xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini Beyrutda müsəlman alimlərin mərkəzinə baxış keçirərkən deyib: İslam dünyasında alimlərin təkfirçi sionist Terrorizm ilə mübarizədə əsas rolu və mövqeyi var.

İİR xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini Hüseyn Cabiri Ənsari bu gün Beyrutda müsəlman alimləri mərkəzinə baxış keçirdikdən sonra mərkəzin onlarla məşhur aliminin iştirak etdiyi toplantıda bu qurumun şiə və sünni arasında vəhdətin möhkəmlənməsi və sionist rejim qarşısında müqavimət və təkfirçi ideologiya ilə mübarizədəki rolu və mövqeyini yüksək qiymətləndirərək deyib: Təkfirçi sionist terrorizm islam dünyası üçün iki potensial təhlükə olaraq hamı onun qarşısında dayanmalıdır. 

Cabiri Ənsari vəhabi və təkfirçi cərəyanların İslama heç bir aidiyyatı olmadığını xatırladaraq deyib: İslam ümməti bu gün birliyə daha ehtiyaclıdır və Livanda müsəlman alimlərin birliyi islami məzhəblər arasında vəhdətin minarələrindən biridir. 

İİR XİN başçısının müavini həmçinin Fələstinin işğalını xatırladaraq Fələstin xalqını müdafiəsinin müsəlman ümmətin ən önəmli məsələsi olduğunu bildirib, Livan müsəlman alimlərinin Fələstin məsələsinin gündəmdə saxlanılmasındakı rolunu yüksək qiymətləndirib. 

Livan müsəlman alimləri birliyinin rəhbərlik heyətinin sədri Əhməd Əzzin də bu iclasda etdiyi çıxışında İranın müqavimət cəbhəsini sionist rejim və təkfirçi terrorçulara qarşısında himayə sahəsindəki səylərini yüksək qiymətləndirərək deyib: İran İslam Respublikası daima müxtəlif islami məzhəblər arasında vəhdətin tərəfdarı olmuşdur. 

Livan alimlər birliyi 260 sünni və şiə alimi bir araya gətirən bu ölkənin ən əsas qurumlarından biridir. 

İİR xarici işlər nazirinin müavini Hüseyn Cabiri Ənsari dünən Livanın siyasi və dini rəhbərləri ilə görüş məqsədi ilə Beyruta səfər etmişdir. 

Teqlər