Avq 23, 2017 17:02 Asia/Baku
  • Həsən Ruhani
    Həsən Ruhani

İran İslam Respublikasının prezidenti dövlət həftəsini icra orqanlarının xalqa xidmətlərinin hesabat verilməsi və ictimai sərmayə üçün böyük bir fürsət adlandırıb.

1981-ci ildə İranın ozamankı prezidenti və baş naziri Mohəmməd Əli Rəcayi və Mohəmməd Cavad Bahonər terrorçu münafiqlər qaragüruhu ünsürləri tərəfindən baş nazirlik binasında törədilmiş terror partlayışında şəhid oldular. Bu şəhidlərin xatirələrinin anılması üçün avqustun 24-dən 30-dək olan müddət "dövlət həftəsi" adlandırılıb.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün nazirlər kabinetinin iclasında vurğulayıb: 2017-ci il 19 may seçkilərində öz əksini tapmış xalqın haqlı istək və tələblərinə cavab və iri proqramların icrası, icra orqanlarının proqramlarının başında durmalı və onun hesabatı dövlət həftəsində xalqa təqdim olunmalıdır.

İran prezidenti beşinci şəhər və kənd islam şuralarının fəaliyyətə başlamalarını təbrik edərək, bu şuraların fəaliyyətini islami quruluşun vətəndaş hüquqları yolunda ciddi-cəhd göstərməsi, eləcə də xalqın bütün İran boyu və bütün sektorların işlərinin idarəsindəki iradəsi mehvərliliyinin parlaq təzahürü adlandırıb.

Teqlər