Avq 29, 2017 11:26 Asia/Baku
  • İranın müdafiə naziri: Raket qüdrətini artıracağıq
    İranın müdafiə naziri: Raket qüdrətini artıracağıq

İran İslam Respublikasının müdafiə naziri İranın müdafiə doktrinasının başlıca prinsipinin aktiv preventivlik baxışı əsasında hərtərəfli müdafiə olduğunu deyərək, əlavə edib: Düşmənin İrana təcavüz edəcəyi ehtimalı zamanı düşmənə ağır və peşman edici zərbə endiriləcək.

General-mayor Əmir Hatəmi bazar ertəsi günü axşam İran İslam Respublikasının önləyicilik qüdrətinin əsas göstəricilərindən birini raket qüdrəti adlandırıb və deyib: İran öz raket qüdrətini intensiv şəkildə gücləndirəcək.

İranın müdafiə naziri düşmənlərin davamlı olaraq İran İslam Respublikasına zərbə vurmağa çalışdıqlarını xatırladıb və deyib: İranın raket qüdrəti İranla bağlı gərginilik yaratmaq röyasına malik olanlar üçün möhkəm cavab sayılır. 

İranın müdafiə naziri əlavə edib: İran İslam Respublikasının müqavimət cəbhəsinə olan dəstəyi regionda təhlükəsizliyin təmin edilməsi və düşmənlərin tamahkarlıqları ilə mübarizə məqsədini daşıyır. 

Teqlər