Sen 20, 2017 12:37 Asia/Baku
  • Sepah-ın aviasiya və kosmonavtika qüvvələri komandanı: İraq silahlı qüvvələri ilə əməkdaşlıq davam edir
    Sepah-ın aviasiya və kosmonavtika qüvvələri komandanı: İraq silahlı qüvvələri ilə əməkdaşlıq davam edir

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın aviasiya və kosmonavtika qüvvələri komandanı və İraqın hava qüvvələri komandanı Tehranda görüşüb, ikitərəfli əməkdaşlıqlar barədə danışıblar.

İRİB-nin verdiyi məlumata görə, general-mayor Əmir Əli Hacızadə İraq ordusu hava qüvvələri komandanı leytenant-polkovnik Ənvər Həməd Əmin ilə görüşdən sonra jurnalistlər qarşısında deyib: İraq Kürdüstanı məsələləri və bu məntəqənin İraqdan ayrılması üzrə referendumun keçirilməsi ilə bağlı mövcud nigaranlıqlar mövcuddur. Görüşdə bu məsələlər müzakirə edildi və hər iki tərəf eyni fikrə malikdir. 

General-mayor Hacızadə İraq silahlı qüvvələri ilə əməkdaşlıqların davam etdiyini deyərək, əlavə edib: Bu görüşdə yeni anlaşmalar əldə edildi.  Bu anlaşmalara əsasən İraqda İŞİD-in son bazasının məhv ediləcəyi zamana kimi mübarizə davam edəcək. 

Sepah-ın aviasiya və kosmonavtika qüvvələri komandanı həmçinin deyib: Sepah İŞİD terror qruplaşmasının hücum etməsi və İraq hökumətinin rəsmən İrandan terrorçular ilə mübarizə aparmaq üçün kömək müraciəti ilə çıxış etməsinin ardınca hərbi təlim, ixtisaslaşdırılmış dəstək və attaşe dəstəyi ilə terrorizm ilə mübarizədə İraq ordusuna yardım etməyə başlayıb və bu yardımlar hələ də davam edir. 

Teqlər