Sen 21, 2017 10:57 Asia/Baku
  • Zərif: Nüvə anlaşmasının icrası zəruridir
    Zərif: Nüvə anlaşmasının icrası zəruridir

İran İslam Respublikasının xarici işlər naziri Əhatəli Müştərək Təşəbbüs Proqramının birgə komissiyasının iclası ilə əlaqədar açıqlamada deyib: Bu iclasda nüvə anlaşmasına tam riayət olunması və onun müzakirəedilməz olduğu qeyd olundu.

Xarici işlər nazirləri səviyyəsində Əhatəli Müştərək Təşəbbüs Proqramının birgə komissiyasının iclası Nyu-Yorkda yerli vaxtla çərşənbə günü günortadan sonra BMT qərargahında keçirilib. 

İRNA-nın məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bu iclasdan sonra deyib: ABŞ istisna olmaqla 5+1 qrupunun üzvləri nüvə anlaşmasına tam riayət olunması, onun müzakirəedlməz olduğunu və bütün tərəflərin bu beynəlxalq nailiyyətlərə sadiq qalmasını vurğulayıblar. 

Zərif bildirib: İran bu iclasda nüvə anlaşması icra olunduğu zamandan xüsusilə də ABŞ-ın yeni hökuməti dövründə bu ölkə tərəfindən pozulan hallar, nüvə anlaşmasının 26, 28 və 29-cu maddələrinin pozulması haqda danışıqlar aparıb. 

O xatırladıb: Nüvə anlaşmasının ikitərəfli anlaşma deyil, çoxtərəfli anlaşma olmasına dair beynəlxalq ictimaiyyətin baxışı, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnaməsi ölkələr tərəfindən qeyd olundu. 

İranın xarici diplomatiya idarəsinin rəhbəri həmçinin deyib: ABŞ nüvə anlaşmasındakı öhdəliklərini yerinə yetirməyib və bu ölkə prezidentinin BMT Baş Assambleyasındakı təhqiramiz çıxışı Birləşmiş Ştatların beynəlxalq ictimaiyyətin reallıqlarından uzaq olduğunu göstərir. 

İran xarici işlər naziri əlavə edib: Əhatəli Müştərək Təşəbbüs Proqramının birgə komissiyasının iclası müavinlər səviyyəsində keçirilir. Lakin bu qeyri-rəsmi iclas 5+1 üzvlərinin nüvə anlaşmasının icrasının zəruriliyi üzrə birləşməsi idi. 

Teqlər