Sen 23, 2017 17:06 Asia/Baku
  • Zərif Nyu-Yorkda; ikitərəfli görüşlər davam edir
    Zərif Nyu-Yorkda; ikitərəfli görüşlər davam edir

BMT Baş Assambleyasının 72-ci sesiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif ikitərəfli görüşlərinin davamında bir sıra ölkənin xarici işlər nazirləri ilə görüşüb. Bu görüşlərdə ikitərəfli əlaqələr, iqtisadi əməkdaşlıqlar və nüvə anlaşması mövzuları diqqət mərkəzində saxlanılıb.

İlk öncə BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan De Mistura ilə görüş, sonra isə Ümumdünya Qırmızı Xaç Komitəsinin sədri ilə müzakirə. Zərif bu görüşün mövzusu haqda deyir: “Rohinca, Yəmən və Suriyadakı insani durum barədə danışıqlarımız oldu”.

Daha sonra ikitərəfli görüşlər başlandı. Braziliya, Ermənistan, Monteneqro, Çili və Papua-Yeni Qvineya xarici işlər nazirləri ilə. Müzakirələrin əsas mövzusu isə iqtisadi əməkdaşlıqlar və bank əlaqələrinin genişləndirilməsi idi. Daha çox isə nüvə anlaşması barədə. İran xarici işlər naziri bu barədə deyir: “Nüvə anlaşması, tərəflərin öz öhdəliklərinə əməl etməsinin zəruriliyi və nüvə anlaşmasına dəyişikliyin edilməsinin mümkünsüzlüyü məsələlərinə təkid edildi”.

77-lər qrupunun xarici işlər nazirləri iclasının sonunda qəbul edilən yekun bəyanatda da 134 ölkə nüvə anlaşmasına dəstək verdi. Bu barədə İranın BMT-dəki səfiiri cənab Xoşru məlumat verdi: “Trampın BMT Baş Assambleyasındakı qalmaqallı çıxışının ardınca, bu gün 77-lər qrupuna üzv 134 ölkənin xarici işlər nazirləri nüvə anlaşmasını dəstəklədiklərini və eyni zamanda İrana qarşı iqtisadi sanksiyalar ilə müxalif olduqlarını bildirdilər.”

Digər tərəfdən İran xarici işlər nazirinin müavini cənab İraqçı 77-lər qrupunun iclasında iştirak etməklə yanaşı, İslam Əməkdaşlıq Təşkilatının iclasına da qatılıb. Bağlı qapılar arxasında keçirilən iclas İran və Ərəbistan arasında gərgin anların şahidi olub. İlk öncə Ərəbistan İranı terrorizmi dəstəkləməkdə ittiham etdi. Sonra isə İran Ərəbistanın Yəmən və Suriyadakı cinayətlərini bəşəriyyət tarixində görünməmiş və unudulması mümkün olmayan hadisə adlandırdı.