Sen 25, 2017 11:03 Asia/Baku
  • Ruhani: İraqın kənarındayıq
    Ruhani: İraqın kənarındayıq

İran İslam Respublikası prezidenti İran İslam Respublikasının İraqın ərazi bütövlüyü və milli birliyi ilə müxalif olan istənilən hərəkətə qarşı olduğunu bildirib və deyib: Hamı bilməlidir ki, onların legitimliyi İraq konstitusiyası çərçivəsindədir.

İran İslam Respublikası prezidenti Həsən Ruhani bazar günü axşam İraqın baş naziri Heydər Əl-İbadi ilə telefon söhbətində deyib: İran İslam Respublikası İraqın mərkəzi hökumətini tam formada himayə edir. 

Həsən Ruhani İraq xalqı və hökumətinin bütün problemlərdə olduğu kimi, hazırkı problemin öhdəsindən də tədbirlə gələ biləcəyini deyərək, əlavə edib: Bütün tərəflər İraq Konstitusiyasına hörmət etməlidir. Və Konstitusiyadan kənara çıxmaq qanunsuz rəftar etmək deməkdir. 

İran İslam Respublikası prezidenti bu telefon söhbətində Türkiyə prezidenti ilə olan telefon söhbətinə və hər iki ölkənin İraqın ərazi bütövlüyünün qorunmasında ortaq baxışa malik olduğuna işarə edib və deyib: İraq Kürdüstanında referendumun keçirilməsi kimi mühüm məsələdə İran öz qonşusu və İraq dövlətinin kənarında olacaq. 

İraqın baş naziri Heydər Əl-İbadi də bu telefon söhbətində İraqın ərazi bütövlüyü və milli birliyini himayə etməsinə görə İran İslam Respublikasına təşəkkür edib və deyib: Məsur Barzaninin hərəkəti hadisələrin gedişini İraqda yeni bir qarşıdurmaya yönləndirir. 

İraqın baş naziri Bağdadın İraq Kürdüstanında cərəyan edən hadisələr ilə qarşılaşmaq üçün gördüyü işlərdən danışıb və deyib: İraqın mərkəzi hökuməti Kürdüstan Muxtariyyatına İraq Konstitusiyasında nəzərdə tutulduğundan xeyli artıq ixtiyarlar verib. Belə bir şəraitdə Barzaninin seçdiyi yol İraqın ərazi bütövlüyünü hədəfə alıb. Bu da qəbuledilməzdir. 

Heydər Əl-İbadi əlavə edib: İraq Kürdüstanında keçirilən referendum konstitusiyaya ziddir və nəticəsindən asılı olmayaraq qeyri-qanunidir. Və mərkəzi hökumət heç bir vəchlə onu tanımayacaq və bu xüsusda müzakirə də etməyəcək. Kürdüstan rəhbərliyi bilməlidirlər ki, heç bir vəchlə İraqı parçalamaq fikrində olmamalıdırlar. 

İraqın baş naziri həmçinin, bu telefon söhbətində Tehran-Bağdad əlaqələrinin bütün zəminlərdə genişləndirilməsinə təkid edib. 

Teqlər