Sen 28, 2017 16:51 Asia/Baku
  • Şəhid Hücəcinin cənazəsi doğulduğu yerdə dəfn edilib
    Şəhid Hücəcinin cənazəsi doğulduğu yerdə dəfn edilib

Hərəm müdafiəçisi şəhid Möhsün Hücəcinin pak cənazəsi İsfahanın Nəcəfabad şəhərində müşayiət olunduqdan sonra doğulduğu yerdə torpağa tapşırılıb.

Şəhid Hücəcinin cənazəsini müşayiət edənlər bu gün onun cənazəsinə namaz qılıblar.

Şəhid Hücəcinin cənazəsi bazar ertəsi İrana gətirlidi və çərşənbə axşamı İmam Rzanın(ə) hərəminə təvaf etdirildi.

Şəhid Hücəcinin cənazəsi ilə vidalaşma mərasimi dünən Tehran və sonra İsfahanda əhalinin, dövlət rəsmiləri və hərbi komandanların geniş iştirakı ilə keçirildi.

İran islam inqilabının böyük rəhbəri Həzrət Ayətullahül-Üzma Xamenei dünən səhər çağı şəhid Möhsün Hücəcinin cənazəsi üstə fatihə oxudu və bu şəhid üçün Allah taalanın dərgahından yüksək dərəcələr dilədi.

Möhsün Hücəci 2017-cü il 9 avqustda Suriya ilə İraq sərhəddində terrorçu İŞİD qrupu ünsürləri tərəfindən şəhid edilmişdir.

Teqlər