Okt 07, 2017 09:39 Asia/Baku
  • Zərif: İran raket sahəsində heç bir məhdudiyyəti qəbul etmir
    Zərif: İran raket sahəsində heç bir məhdudiyyəti qəbul etmir

İran xarici işlər naziri bildirib: İran İslam Respublikası öz müdafiə və raket potensialının qorunması haqda qərb tərəfindən heç bir məhdudiyyəti əsla qəbul etmir.

Məhəmməd Cavad Zərif cümə günü News Week  nəşri ilə müsahibədə İran İslam Respublikasının müdafiə və raket potensialının qorunmasının vacibliyini vurğulayıb. 

İran xarici işlər naziri İran ballistik raketlərinin atom silahlarını daşımaq üçün dizayn edilmədiyini bəyan edib: İranın raket sınaqları nüvə anlaşmasının ruhunu pozmaq mənasında deyil və bu sınaqlar sırf müdafiə xarakterlidir. 

İranın heç vaxt atom silahları ardınca olmadığını qeyd edən Zəririn sözlərinə görə, İranın beynəlxalq qanunlar və nüvə anlaşmasına əsasən seçimləri vardır və ABŞ-ın nüvə anlaşmasından çıxmasına reaksiyada o seçimlər hər an icra oluna bilər. 

"Sizcə, Avropa nüvə anlaşması ləğv olunduğu halda ABŞ-ın tərəfini saxlayacaq?" sualını cavablandıran Zərif deyib: Nüvə anlaşması hamının bu yolun ən yaxşı yol olduğunu anladıqdan sonra əldə olundu. 

İran xarici işlər naziri deyib: İran hələlik nüvə anlaşmasının pozulması vəziyyətinə reaksiyada öz qərarını verməyib və başqa tərəflər, o cümlədən avropalıların cavabını qiymətləndirdikdən sonra lazımi qərarları verəcək. 

İran xarici işlər naziri həmçinin Tehranın Suriya prezidenti Bəşşar Əsədi dəstəkləməsi və bu ölkənin gələcəyi haqda suala cavabda deyib: Sadəcə Suriya vətəndaşları öz ölkələrinin siyasi gələcəyi haqda danışıqlar aparacaqlar. 

Zərif sionist rejimin regiondakı funksiyası haqda deyib: İsrail rejimi avantüristlik, Fələstin xalqının hüququnu pozmaq və atom silahını əldə etmək üçün İrandan bəhanə olaraq istifadə edib. İsrail rejimi yaxın şərqdə nüvə silahlarnıa malik yeganə tərəfdir. 

Teqlər