Okt 11, 2017 18:11 Asia/Baku
  • Ruhani: İran İslam Respublikası xalqı və dövləti kürd vətəndaşlara etimad edir
    Ruhani: İran İslam Respublikası xalqı və dövləti kürd vətəndaşlara etimad edir

İran İslam Respublikası prezidenti İslam Respublikası xalqı və dövlətinin İranın kürd vətəndaşlarına etimad etdiyini bildirib.

İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə günü Nazirlər Kabinetinin iclasında İslam Respublikasının kürd vətəndaşlara yüz faiz etimad etdiyini və İraq Kürdüstanında bir qrupun siyasi yanlışlığını heç bir vəchlə onların adına yazmadığını bildirərək deyib: Kürdlər İranın böyük xalqının bir hissəsi, vəfalı etnos və bölgədə İranın ən köklü etnoslarından biridir və həmişə, o cümlədən elan olunmamış müharibədə İslam İnqilabının yanında olmuşlar. 

İran İslam Respublikası prezidenti türklər, kürdlər, lorlar, bəluçlar və sair bütün etnosların əsrlərdə bir-birinin kənarında yaşadığını bəyan edərək xatırladıb: İranın bütün etnosları birlikdə, vahid və bir-birinin kənarındadır. Hazırda İranın birliyi və vəhdəti çox yüksək səviyyədədir. 

Teqlər