Okt 15, 2017 10:02 Asia/Baku
  • Vaşinqtonda İranın mənafeyini qoruyan ofisə hücum
    Vaşinqtonda İranın mənafeyini qoruyan ofisə hücum

ABŞ prezidenti Donald Trampın İran İslam Respublikası əleyhinə nifrət dolu çıxışından sonra, bir qrup şəxs saçma tüfənglərlə Vaşinqtonda İranın mənafeyini qoruyan ofisə hücum edib.

İRİB-in məlumatına görə, ABŞ-da İran İslam Respublikasının mənafeyini qoruyan ofisin rəhbəri Mehdi Atifət deyib: Naməlum şəxslər şənbə günü yerli vaxtla səhər saat beş radələrində saçmalı tüfənglə İran İslam Respublikasının Vaşinqtonda mənafeyini qoruyan ofisə doğru atəş açıblar. 

Ofisin şüşələri qırılmaqdan əlavə, binanın daxilinə də saçmalar daxil olmuşdur. 

İranın mənafeyini qoruyan ofisin binasının divarları üzərində şüarlar da yazılmışdır. Yenicə təsis olunmuş düşmən qruplardan birinin izi bu şüarların yazılmasında müşahidə olunur. 

Donald Trampın prezidentlik dövrünün başlanması ilə ABŞ-da radikal və irqçi qrupların artması diqqəti cəlb edir. 

Teqlər