Okt 19, 2017 21:40 Asia/Baku
  • Moqerini və Merkel bir daha ƏMTP-yə təkid ediblər
    Moqerini və Merkel bir daha ƏMTP-yə təkid ediblər

Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru və Almaniyanın kansleri bir daha AB-nin İran ilə 5+1 qrupu arasında əldə olunmuş nüvə razılaşması barədə öz öhdəliklərinə sadiq qalacaqlarını vurğulayıblar.

Röytersin verdiyi məlumata görə, Avropa Birliyi xarici siyasət üzrə koordinatoru Federika Moqerini bu gün Brüsseldə Avropa Şurasının qəragahında keçirilən Avropa Birliyinin sammit iclasına girərkən verdiyi açıqlamada bu iclasın əsas mövzularından birinin ƏMTP olduğunu bildirib və deyib: Brüssel ƏMTP-n onu imzalayan bütün tərəflərin tam icra etmələrinə sadiqdir və Rusiyadan tutmuş Çinə qədər, Afrika birliyi və beynəlxalq ictimaiyyətin digər üzvləri də eyni mövqeyə malikdirlər. 

Moqerini ƏMTP-ni Avropa birliyi və regionun açar mənafeyinin bir hissəsi olduğunu bildirib və dövlət başçılarından bu razılaşmaya dəstəklərini davam etdirmələri və onu gücləndirmələrini istəyib. 

Almaniya kansleri Angela Merkel də Brüsseldə verdiyi açıqlamada ölkəsinin nüvə sazişini dəstəklədiyini bildirərək deyib: Almaniya, Fransa və Britaniya başçıları birgə bəyanat yayaraq İranla nüvə sazişinə öz dəstəklərini elan ediblər. 

ABŞ prezidenti Donald Tramp cümə günü ölkəsinin ƏMTP-dən çıxacağı ilə hədələdi və onun bu mövqeyi beynəlxalq ictimaiyyət o sıradan da Avropa Birliyinin kəskin reaksiyası ilə üzləşdi. 

 

Teqlər