Okt 20, 2017 10:39 Asia/Baku
  • Amano İranın anlaşmaya sadiq qaldığını bir daha vurğuladı
    Amano İranın anlaşmaya sadiq qaldığını bir daha vurğuladı

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru bir daha vurğulayıb: İran Əhatəli Müştərək Təşəbbüs Proqramında öz öhdəliklərinə sadiq qalmışdır.

İRİB-in Parisdən verdiyi məlumata görə, Yukio Amano cümə axşamı günü Fransa xarici işlər naziri Jan İv Le Drayanla Parisdə görüşdən sonra ABŞ prezidentinin İranın nüvə anlaşmasına sadiq qalmaması haqdakı iddiasına reaksiyada deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramı çərçivəsində Tehran nüvə sahəsində bütün öhdəliklərini yerinə yetirib və biz indiyə qədər ehtiyac duyulan bütün məkanlara baxış keçirmişik. 

Bu mətbuat konfransında Fransa xarici işlər naziri də İranın Vyana nüvə anlaşmasından yayınmadığını qeyd edib.