Okt 25, 2017 15:42 Asia/Baku
  • Silahlı Qüvvələrin Ali Baş Komandanı: İranın müdafiə qüdrəti müzakirə və sövdələşmə predmeti ola bilməz
    Silahlı Qüvvələrin Ali Baş Komandanı: İranın müdafiə qüdrəti müzakirə və sövdələşmə predmeti ola bilməz

İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı vurğulayıblar: İranın müdafiə imkanları və qüdrəti müzakirə predmeti ola bilməz və müdafiə vasitələri, eləcə də İranın milli qüdrətini təmin və himayə edəcək hər bir məsələ barədə düşmənlə heç bir müzakirə və sövdələşmə ola bilməz.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Həzrət Ayətullahuluzma Xamenei bu gün İran İslam Respublikası Ordusunun hərbi universitetlərinin məzunluq, andiçmə və paqonvermə mərasimində iştirak edərək, öz çıxışlarında belə deyiblər: İslami quruluşun düşmənləri İranın milli qüdrət elementlərini özlərinə maneə bilir və onlarla mübarizə aparırlar və bu əsasda İran İslam Respublikasının xalqlar arasında, regionda və regiondan kənar qüdrətinin artması ilə müxalifdirlər, zira bu qüdrət islami quruluşun strateji bünövrəsidir.

İslam İnqilabının Böyük Rəhbəri zalım qüdrətlərin ölkənin müdafiə qüdrətilə müxalifətlərini də elə bu çərçivədə dəyərləndirərək, vurğulayıblar: Bu müxalifətlərlə mübarizə yolu budur ki, onların istəklərinin əksinə olaraq, milli qüdrətin elementlərinə söykənək və dayanaq.

Həzrət Ayətullahuluzma Xamenei silahlı qüvvələrin ən mühüm vəzifə və məsuliyyətini ölkə təhlükəsizliyinin təmini adlandıraraq, vurğulayıblar: Müxtəlif sahələrdə, o cümlədən elm, sənaye və iqtisadiyyat sahələrində inkişaf, təhlükəsizliyin olması ilə bağlıdır.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı bütün xalqa, xüsusən gənclərə İslam Respublikası Quruluşunun hesabına yaranmış İranın başıucalığı, asayişi və izzəti, eləcə də mövcud təhlükəsizliyin qədrini bilməyi tövsiyə edərək, deyiblər: Bir zaman əziz İran öz tarixi və parlaq keçmişi, eləcə də tükənməz istedadları ilə, amerikalı, ingilis və sionist hərbi məsləhətçilərin ayağı altında idi və asılı, zəif və alçaq hökmranların əli ilə təhqir olunurdu, amma İslam, İranı xilas və İslam Respublikası, İranı əziz və qüdrətli etdi.

Teqlər