Noy 04, 2017 19:57 Asia/Baku
  • İranın Çinə ixracatında böyük artım olub
    İranın Çinə ixracatında böyük artım olub

İran İslam Respublikasının Pekindəki səfiri deyib: Son 90 ay ərzində ötən ilin oxşar dövrü ilə müqayisədə İranın Çinə ixracatının dəyərində 3 milyard dollarlıq artım olub.

İranın Pekindəki səfiri Əli Əsğər Xaci bu gün İRNA-ya verdiyi müsahibəsində Çinin İranın ən əsas ticarət ortağı olduğunu biildirərək deyib: Çin gömrük idarəsinin statistikasına əsasən son 9 ayda İran bu ölkəyə 13 milyard 88 milyon dollar dəyərində mal ixrac edib və bu ötən ilin oxşar dövrü ilə müqayisədə 3 milyard dollar artımı göstərir. 

Xaci deyib: Tehran ilə Pekin arasında ticarət həcmi son 9 ayda 27 milyard dollar təşkil edib və bu ticarət balansının 450 milyon dollar dəyərində İranın xeyirinə olduğu deməkdir. 

İranın Pekindəki səfiri ötən illərdə olduğu kimi İranın Çinə əsas ixracat malının neftdən ibarət olduğunu bildirərək deyib: İranın son 9 ay ərzində Çinə xam neft ixracatı 8 milyard 74 milyon dollar təşkil edib və Pekin İrandan gündəlik 633 min barrel neft idxal edərək İranın ən əsas neft idxalatçısıdır. 

Xacinin dediyinə görə, son 9 ayda İran çinə 14 milyon dollar dəyərində 22 milyon ton qeyri-neft mal ixrac edib. Bu sahədə çəki baxımından 28 faiz dəyər baxımından isə 27.8 faiz artım baş verib. 

Teqlər