Noy 22, 2017 13:05 Asia/Baku
  • Vilayəti: İslam xalqlarına etimad ruhu və izzəti üfürülüb
    Vilayəti: İslam xalqlarına etimad ruhu və izzəti üfürülüb

İslami Oyanış Beynəlxalq Assambleyasının baş katibi deyib: Qərbi Asiyada hazırkı həssas keçid dövründə nailiyyətlər və uğurlar müsəlman xalqlar və azadlısevər insanlar arasında izzət və etimad ruhunu möhkəmləndirmişdir.

Əli Əkbər Vilayəti bu gün Tehranda Ümumdünya Əhli-Beyt (ə) Aşiqləri və Təkfirçilərin Məsələlərinin Araşdırılması Konfransının açılış mərasimində İslami Oyanışın anti-imperialist, anti-sionist və anti-müstəbidlik göstəricisinə toxunub və deyib: İslami Oyanış ötən illərdə bəzi islam ölkələrində səmərə verən və beynəlxalq imperialist quruluşu problemlə üzləşdirən anti-amerikan və anti-sionist dalğa olmuşdur. 

İslami Oyanış Beynəlxalq Assambleyasının baş katibi firqəçilik, müxtəlif islam məzhəbləri və etnoslarının təkfir olunması, islam ölkələrində günahsız insanların qırğın edilmələrini islam dünyasının əsaslı problemlərindən adlandırıb və deyib: Düşmənlər islam ölkələrini parçalanma, zəiflik, fitnə və müharibə vəziyyətində saxlamağa cəhd edirlər. Belə ki, onların sərvətini qarət etsin, iqtisadi, ictimai və elmi geriliyi müsəlmanlara qəbul etdirsin. 

Vilayəti əlavə edib: Xalqların hüququna təcavüz, islam ölkələrinin təbii ehtiyatlarını qarət, müsəlmanlara aid əraziləri işğal ABŞ və sionist rejimin başçılıq etdiyi imperialist quruluşun hərtərəfli dəstəyi ilə həyata keçirilir. Belə ki, islam dünyasının böyük hissəsini hədələməkdədir. 

Müsəlmanlar arasında sionist rejimin məğlubedilməzliyi və imperializmin tabosunun iflasa uğradığını bildirən Vilayəti xatırladıb: Yəmənin məzlum xalqı qərbin qərb mediaları və ABŞ və müttəfiqlərinin istilasında olan qərb dairələrinin mənalı sükutu ilə hələ də səudiyyəli təcavüzkarların vəhşicəsinə bombardmanlarının can verir. 

İslami Oyanış Beynəlxalq Assambleyasının baş katibi Bəhreyn olaylarına da toxunub və bildirib: Bütün zalım hərəkətlərə rəğmən, Yəmən və Bəhreyn və digər islam ölkələri xalqlarının qarşısında aydın və ümidverici gələcək vardır. 

Teqlər