Noy 22, 2017 17:35 Asia/Baku
  • İran Xəzərdə kürü balıqlarının azalması haqda xəbərdarlıq etdi
    İran Xəzərdə kürü balıqlarının azalması haqda xəbərdarlıq etdi

İran İslam Respublikası Balıqçılıq Təşkilatının beynəlxalq məsələlər üzrə idarəsinin direktoru deyib: Kürü balıqları ehtiyatında azalma prosesi xəbərdar səviyyəsinə çatıb.

İRNA-nın məlumatına görə, Murtaza Mehranpur ötən gün Xəzər Dənizi Su Bioloji Resursları Komissiyasının 37-ci iclasında deyib: Kürü balıqları ehtiyatının azalması prosesini zəiflətmək 5 Xəzəryanı ölkənin əsaslı həll yollarına ehtiyaclıdır. 

Mehranpur əlavə edib: İran Xəzər dənizində kürü balıqları ehtiyatının artırılması üçün lazımi qərarların icrası istiqamətində öz hazırlığını elan edib və bu yolda müsbət addımlar atıb. 

Xəzər Dənizi Su Bioloji Resursları Komissiyasının 3 günlük 37-ci iclası ötən gündən 4 sahilyanı ölkə, İran, Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistanın nümayəndələrinin iştirakı ilə Bakıda işə başlayıb. 

Xəzəryanı ölkələrin iclasının keçirilməsində məqsəd bu dənizin təbii ehtiyatları, xüsusilə də kürü balıqlarının qorunması üçün proqramın tənzimlənməsidir.

Teqlər