Noy 22, 2017 19:31 Asia/Baku
  • İran prezidenti Suriya böhranının həlli üçün üç həll yolu təqdim etdi
    İran prezidenti Suriya böhranının həlli üçün üç həll yolu təqdim etdi

İran İslam Respublikası prezidenti Rusiya, türkiyə və İran prezidentlərinin Soçi şəhərində keçirilən üçtərəfli iclasında Suriya böhranının həlli üçün əsaslı üç həll yolu təqdim edib.

Həsən ruhani çərşənbə günü günortadan sonra İran, Rusiya və Türkiyə prezidentlərinin Soçi iclasında "Terrorizmlə savaş hələ sona çatmayıb və İŞİD əleyhinə son qələbə bizi Suriya və regionda təkfirçi terrorçuların təhlükəsinin davam etməsindən qafil etməməlidir" deyərək bildirib: Birinci həll yolu Suriya xalqına kömək edilməlidir ki, ölkədə terrorizmin tam məğlub edilməsi üçün lazımi birliklə bu nəhs fenomenlə mübarizəni davam etdirsinlər və bu mübarizədə Suriyanın milli hakimiyyətinə hörmətə zərbə vurulmamalıdır.

Ruhani 2-ci həll yolunda Suriyanın qanuni hökumətinin razılığı olmadan əcnəbilərin bu ölkə ərazisində hərbi iştirakına heç bir bəhanənin olmadığını vurğulayaraq deyib: Terrorçularla və onların himayədarları ilə illərlə mübarizədən sonra, hazırda elə bir vəziyyət yaranıb ki, Suriya xalqı yeni şəraitdən faydalanaraq vətəndaşların əsaslı azadlıqlarına zəmanət verilən, etnos çeşidliliyinə hörmətlə yanaşılan və demokratiyanın təsbit olunduğu gələcəklərini yarada bilsin.

İran prezidenti Suriya böhranının həlli üzrə üçüncü həll yolunu belə açıqlayıb: Suriyanın gələcəyində beynəlxalq ictimaiyyətin rolu stabilliyi əldə etmək, insani əzab-əziyyətləri aradan qaldırmaq və Suriyanın bərpa olunması çərçivəsində bu ölkə vətəndaşlarına köməyə həsr olunmalıdır və beynəlxalq ictimaiyyət müdaxilə və ya Suriya vətəndaşlarına öz mövqelərini qəbul etdirmək ardınca olmamalıdır.

Ruhani bildirib: Siyasi mülahizə və gündəmi nəzərə almadan hərtərəfli humanitar yardımlar, qaçqınlar və didərginlərin öz vətənlərinə könüllü qayıtması üçün təhlükəsiz şəraiti yaratmaq, Suriyanın iqtisadi inkişafına kömək etmək, regional iştirak vasitəsi ilə bu ölkənin istehsal potensiallarını dirçəltmək beynəlxalq ictimaiyyətin Suriyadakı proqramlarından olmalıdır.

Teqlər