Noy 24, 2017 21:35 Asia/Baku
  • Laricani: İran və Türkiyə ABŞ-ın regiondakı oyunları ilə mübarizə aparmalıdırlar
    Laricani: İran və Türkiyə ABŞ-ın regiondakı oyunları ilə mübarizə aparmalıdırlar

İran İslam Şurası Məclisinin sədri bildirib: İran və Türkiyə region xalqlarının pulunu qarət etmək və hərbi müqavilələr imzalamaq sahəsində region ölkələrini ABŞ-ın oyunları haqda məlumatlandırmalıdırlar.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani İstanbulda Asiya Parlament Assambleyasının 10-cu iclasının kənarında Türkiyənin Anadolu İnformasiya Agentliyinə verdiyi müsahibədə ABŞ-ın Asiya qitəsindəki hərəkətlərinin ölkələri bir-biri ilə məşğul etməyə səbəb olduğunu bildirərək deyib: İran və Türkiyə kimi regionun önəmli ölkələri ABŞ-ın region ölkələri əleyhinə məkrli planlarını aydınlaşdırmalıdırlar. 

Laricani əlavə edib: Amerikalılar bir gün Talibanı, başqa bir gün İŞİD-i yaradırlar. Bu da ölkələrin ehtiyatlarının məhv olmasına səbəb olur və sionist rejim heç nə xərcləmədən bu vəziyyətdən faydalanır. 

İran İslam Şurası Məclisinin sədri Rusiyanın Soçi şəhərində keçirilən üçtərəfli görüşə də münasibət bildirib: İran, Türkiyə və Rusiya praktiki şəkildə terrorizmlə mübarizə aparırlar. 

Teqlər