Noy 28, 2017 09:49 Asia/Baku
  • Səlami: Düşmənlər islama qarşı nifrət hissi yaratmaq istəyirdilər
    Səlami: Düşmənlər islama qarşı nifrət hissi yaratmaq istəyirdilər

İran İslam İnqilabının Keşikçiləri Korpusunun komandan əvəzi terrorçu İŞİD qrupunun islamın həqiqi simasına xələl gətirmək ardınca olduğunu bildirərək deyib: Düşmənlər əsl islamı rəhmsiz və nifrət doğuran islam kimi qələmə verməyə cəhd göstərirdilər.

İRNA-nın verdiyi məlumata görə, İran İslam İnqilabının Keşikçiləri Korpusunun komandan əvəzi General Mayor Hüseyn Səlami dünən axşam Qum şəhərində etdiyi çıxışında müqavimət qüvvələrinin İŞİD terrorçularına qələbəsinin müasir islam tarixinin parlaq səhifəi olduğunu bildirərək deyib: Bu böyük qələbələr dünyanın zalım qüvvələrinin ən təhlükəli nəhs fitnələrindən birini zərərsizləşdirdi. 

İran İslam İnqilabının Keşikçiləri Korpusunun komandan əvəzi terrorçu İŞİD qrupunun islam ümməti üçün yeni qaranlıq istiqamət cızmaq niyyətində olduğunu bildirərək deyib: Müqavimət cəbhəsində ümumdünya islam səfərbərliyinin formalaşması və İraq və Suriyada iranın hərbi məsləhət yardımları bu planı alt-üst etdi. 

Hüseyn Səlami islam ümmətinə qarşı düşmənçiliklərin hələ də davam etdiyini və sadəcə təkfirçilərin işğalında olan coğrafiyanın azad edilmiş olduğunu xatırladaraq deyib: Təkfirçilik düşüncəsi hələ də yaşayır və başqa regionları hərc-mərcliyə düçar edə bilər. 

Teqlər