Dek 02, 2017 11:26 Asia/Baku
  • Ayətullah Əraki: Əhli-Beytə (ə) sevgi təkfirçi qruplaşmaların yaranması üçün ən böyük maneədir
    Ayətullah Əraki: Əhli-Beytə (ə) sevgi təkfirçi qruplaşmaların yaranması üçün ən böyük maneədir

İslam Məzhəblərini Yaxınlaşdırma Beynəlxalq Assambleyasının baş katibi deyib: Əhli-Beyt (ə) ətrafında vəhdət islam dünyasında sələfi-təkfirçi qrupların yaranmasının qarşısını almaq üçün ən yaxşı həll yoludur.

Ayətullah Möhsün Əraki cümə gecə Qumda Həzrət Məsumənin (s.ə) pak ziyarətgahında "Rəhmət və Vəhdət" şer gecəsində 90% müsəlmanın özünü Əhli-Beyt (ə) aşiqi hesab etdiyini bildirərək deyib: Əhli-Beytə (ə) olan bu vurğunluq islam dünyasından böyük potensial sayılır. 

İslam Məzhəblərini Yaxınlaşdırma Beynəlxalq Assambleyasının baş katibi müsəlmanların ixtilaf və dağılmaq yerinə əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) əziz qızı Həzrət Fatimə Zəhraya (s.ə) sevgi ətrafında bir-birləri ilə vəhdət və mehribanlıqla davranmalı olduqlarını bildirib və əlavə edib: Bu sevgi tam şəkildə özünü büruzə verərsə, artıq İŞİD adlı heç nə olmayacaq. 

Bu şer gecəsində iranlı şairlərdən əlavə, urdu, fransız, kürd, azərbaycanca və farsca vəhdət mövzusunda müxtəlif ölkələrin şairləri öz əsərlərini oxuyublar. 

Sünnilər 12 rəbiüləvvəli, şiələr isə 17 rəbiüləvvəli əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) viladətinin ildönümü günü hesab edirlər. İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyni (rə) islam dünyasının birliyi məqsədilə bu iki tari arasındakı həftəni vəhdət həftəsi adlandırmışdır. 

Teqlər