Dek 04, 2017 15:04 Asia/Baku
  • Laricani: Əfqanıstanda narkotik maddələr istehsalı 45 dəfə artıb

İran İslam Şurası Məclisinin sədri bildirib ki, Əfqanıstanda narkotik maddələr istehsalı 2001-ci ildəki 200 tondan 2017-ci ildə doqquz min tondan yuxarıya çatıbdır.

Əli Laricani bu gün Moskvada narkotik maddələrlə mübarizə üzrə beynəlxalq konfransın açılış mərasimində Qərb ölkələrinin Əfqanıstana qoşun yeritməkdə iddia etdikləri hədəflərin yalandan başqa bir şey olmadığını bildirərək, deyib: Əfqanıstanda narkotik maddələr istehsalı xarici ölkələrin bu ölkədəki iştirakından sonra 45 dəfə artıbdır.

İran İslam Şurası Məclisinin sədri əlavə edib: Əfqanıstanda narkotik maddələr istehsalı və qaçağının artması bu ölkəyə dağıdıcı təsirlər göstərməkdən əlavə, Əfqanıstanla qonşu ölkələr xüsusiyyət təşkil etməklə tranzit yolunda yerləşən ölkələri ağır xərclərə düçar edibdir.

Laricani vurğulayıb ki, terrorizmlə narkotik maddələr istehsalı və qaçağını bir-birindən ayırmaq olmaz. O, deyib: Narkotik maddələr qaçaqmalçıları, terrorçular və onların müxtəlif səviyyələrdə olan himayədarları ortaq maraqlara malikdirlər.

İran İslam Şurası Məclisinin sədri İranın narkotik maddələr qaçaqmalçılığı ilə mübarizə üzrə səylərinə də toxunub: İran İslam Respublikası dünyada narkotik maddələr qaçaqmalçılığı ilə mübarizənin ön xətti kimi bu yolda üç mindən çox şəhid veribdir.

Laricani habelə narkotik maddələrlə mübarizə üzrə həll yollarının təqdim olunması istiqamətində narkotik maddələr ilə bağlı sahələrdə ölklələrin qəbul etdikləri qanunlar və siyasətlər barədə informasiya və təcürübələr mübadiləsinin aparılmasını istəyib. O, həmçinin iki və çoxtərəfli, eləcə də regional və beynəlxalq həmkarlıqların asanlaşdırılması və sürətləndirilməsi çərçivəsində narkotik maddələrlə mübarizə üzrə parlament qruplarının təşkilini istəyərək əlavə edib: Məclistlər və dövlətlər narkotik maddələrlə mübarizə siyasətlərini terrorizmlə mübarizə siyasətləri ilə yanaşı surətdə ön plana çəkməlidirlər.

Narkotik maddələrlə mübarizə üzrə beynəlxalq konfrans İran İslam Respublikası daxil olmaqla qırxdan çox ölkənin parlament sədrlərinin iştirakı ilə bazar ertəsi günü Moskvada işə başlayıb.

Teqlər