Dek 04, 2017 17:55 Asia/Baku
  • Suriya müftisinin minnətdarlığı

Suriyanın baş müftisi deyib: Müsəlmanlar öz bugünkü vəhdətlərinə görə, İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-ə və İslam İnqilabının Böyük Rəhbərinə borcludurlar.

Şeyx Əhməd Bədrəddin Həsun bu gün Tehrandan cənubda yerləşən Qum şəhərində təqlid mərcələrindən olan Ayətullah Nasir Məkarem Şirazi və Ayətullah Hoseyn Nuri Həmədani ilə görşdə bildirib ki, İslam İnqilabının ən mühüm nəticələrindən biri, şiə və sünni birliyi olub. O, əlavə edib: Düşmənlər bu vəhdətdən qorxurlar və nə qədər çalışdılarsa, İran İslam İnqilabının nurunu söndürə bilmədilər.

Suriyanın baş müftisi müqavimət cəbhəsinin terrorizm üzərindəki qələbəsini müsəlmanların birliyi və İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin rəhbərliyinin nəticəsi adlandırıb və belə deyib: Suriya xalqının qələbəsi Fələstinin azadlığı, həmçinin Məkkə və Mədinənin xəbis Ali-Səudun hökmranlığı altından çıxması üçün bir müqəddimə olacaq.

Ayətullah Nasir Məkarem Şirazi də bu görüşdə təkfirçi cərəyanın Suriya və İraqda məhv olmasına toxunaraq, deyibdir ki, düşmən hələ də fitnəkarlıq ardıncadır və buna görə daha artıq sayıq olmaq lazımdır.

Bu təqlid mərcəyi əlavə edib: Suriya xalqının səbri və müqaviməti və bu ölkənin din alimlərinin mövqeləri suriyalıların vəhdəti və qələbəsində təsirli olubdur.

Ayətullah Hoseyn Nuri Həmədani də vəhdət həftəsinin adlandırılmasını İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-in təşəbbüsü adlandırıbdır ki, onun sayəsində müsəlmanlar cəmiyyətinə böyük bərəkətlər əta olunubdur.

Suriyanın baş müftisi 31-ci beynəlxalq İslam Birliyi konfransında iştirak etmək üçün İrana səfər edib. "Müasir islam sivilizasiyasının birliyi və tələbləri" adı altında təşkil olunan bu konfrans dekabrın beşindən yeddisinədək Tehranda keçirilir. 

Teqlər