Dek 13, 2017 11:31 Asia/Baku
  • Bəhram Qasemi - İranın Xarici İşlər Nazirliyinin sözçüsü
    Bəhram Qasemi - İranın Xarici İşlər Nazirliyinin sözçüsü

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın nüvə anlaşması qarşısındakı pozuculuqları ilə bağlı İranın nüvə anlaşmasının icrasına nəzarət heyəti tərəfindən lazımi ssenarilərin hazırlandığını deyib.

Bəhram Qasemi çərşənbə günü İRİB-yə verdiyi müsahibədə ABŞ Konqresinin nüvə anlaşması ilə bağlı qərar qəbul etmək müddətinin başa çatmasına işarə edərək, deyib: İran İslam Respublikası ABŞ-ın nüvə öhdəliklərinə əməl etməyəcəyi təqdirdə, yaranacaq vəziyyətlə bağlı tam hazırlığa malikdir. 

İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ Konqresində nüvə anlaşmasının araşdırılması prosesini bu ölkənin daxili məsələsi adlandırıb və deyib: İran İslam Respublikası, Avropa Birliyi və digər dünya ölkələri xüsusilə də nüvə anlaşmasında iştirak edən ölkələr Amerikadan öz öhdəliklərinə tam şəkildə əməl etməsini gözləyirlər. 

ABŞ prezidenti 23 oktyabrda İranın nüvə anlaşmasına sadiq qaldığını təsdiq etməkdən imtina edərək, bu barədə qərar çıxartması üçün məsələni Konqresin ixtiyarına buraxdı. Konqres bu barədə qərar qəbul etmək üçün 2 aylıq möhlətə malikdir və bu möhlət dünən başa çatıb. 

ABŞ dövlət katibi Reks Tillerson çərşənbə axşamı bir daha nüvə anlaşmasının iradlara malik olduğunu iddia edərək, ölkəsinin bu xüsusda öz müttəfiqləri ilə müzakirələr apardığını deyib. 

Teqlər