Dek 16, 2017 16:32 Asia/Baku
  • Zərif: Amerikanın İrana qarşı ittihamları əsassızdır
    Zərif: Amerikanın İrana qarşı ittihamları əsassızdır

İran İslam Respublikasının xarici işlər naziri vurğulayıb: Amerika regiondakı hərbi cinayətlərini ört-basdır etmək üçün bir parça dəmiri göstərməklə İran İslam Respublikasına qarşı əsassız ittihamlar irəli sürüb.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Tehranda cəza qanunlarında insan haqları prinsiplərinin əks etdirilməsi üzrə ixtisaslaşdırılmış könfransın kənarında Niki Heylinin iddialarının arxasında heç bir faktın mövcud olmadığını vurğulayaraq, deyib: Yəmən xalqını qanına qəltan edən bombalar və qırıcıların hamısı amerika məhsuludur.

İran İslam Respublikasının xarici işlər naziri həmçinin ABŞ prezidenti Donald Trampın Qüdsü sionist rejimin paytaxtı kimi tanımaq üzrə hərəkətinə toxunaraq, əlavə edib: Trampın bu hərəkəti Amerikanın Fələstin xalqının hüquqlarını himayə sahəsindəki bütün iddialarını rədd edir.

Teqlər