Yan 28, 2018 19:05 Asia/Baku
  • Seyid İbrahim Rəisi Seyid Həsən Nəsrullahla görüşüb
    Seyid İbrahim Rəisi Seyid Həsən Nəsrullahla görüşüb

Astan Qüds Rəzəvinin rəhbəri və İranın Məsləhət Şurasının üzvü Livan Hizbullahının baş katibi ilə Beyrutda görüşərək danışıqlar aparıb.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, Astan Qüds Rəzəvinin rəhbəri Seyid İbrahim Rəisi və onu müşayiət edən heyət Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahla görüşdə regional və beynəlxalq olaylar haqda danışıqlar aparıb.

İranın Məsləhət Şurasının üzvü və Livan Hizbullahının baş katibi həmçinin müxtəlif mədəni və ictimai məsələlər haqda fikir mübadiləsi aparıblar. 

Məlumata görə, İranın Livandakı səfiri Məhəmməd Fətəli, həmçinin Livan Hizbullahının bir qrup üzvü bu görüşdə iştirak edib. 

Teqlər