Fev 17, 2018 17:58 Asia/Baku
  • Ruhani: Əgər Amerika nüvə anlaşmasını pozarsa, peşman olacaqdır
    Ruhani: Əgər Amerika nüvə anlaşmasını pozarsa, peşman olacaqdır

İran İslam Respublikasının prezidenti bildirib ki, Amerikanın nüvə anlaşmasının imzalanmasından sonra çənə vurması gülüncdür. O, deyib: Amerika siyasət dünyasını ticarət dünyası ilə səhv salmamalıdır və əgər nüvə anlaşmasını pozarsa, Amerikanın dövləti və xalqı peşman olacaqlar.

Həsən Ruhani bu gün Yeni-Dehlidə Hindistanın ORF müəssisəsinin tədqiqatçıları və mütəfəkkirləri qarşısında bildirib ki, Amerika İran və nüvə anlaşması ilə deyil, əhdpozma və dünyanın ümumi fikri ilə qarşı-qarşıya durur. O, söyləyib: Nüvə anlaşması yeddi ölkənin öhdəliyi, BMT Təhlükəsizlik Şurasının təsdiqlədiyi, həmçinin İslam və İran mədəniyyətinə uyğun olan bir sənəddir və onlar nüvə anlaşmasını pozmayana qədər Tehran onu pozmayacaqdır.

Ruhani vurğulayıb ki, dünyadakı bir çox xoşagəlməz məsələlər hesablama səhvindən mənşə alır. O, əlavə edib: Hesablama səhvi və əhdə sədaqətsizlik Amerikanın İrana qarşı düşmənçilik siyasətləri yeritməsinin əsas dəlillərindəndir.

İran İslam Respublikasının prezidenti bildirib ki, bəşəriyyət min illər boyunca terrorizm və zorakılıq kimi problemlərlə üzləşib. O, deyib: İŞİD Amerika üçün yaxşı bir vasitə idi və lazım gələrsə, dəlilləri dünyaya izah ediləcəkdir.

Ruhani həmçinin qeyd edib ki, ABŞ BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan İraqa hücum və Suriyaya təcavüz etdi və regionun işlərinə qarışır.

İran İslam Respublikasının prezidenti bildirib ki, əgər dünya siyasətçiləri etikaya malik deyillərsə, heç olmasa, öz xalqlarına yalan deməsinlər. O, deyib: Etikasız və əhd pozmaqla yanaşı olan siyasət dünya problemlərini həll edə bilməz.

ORF kimi tanınan Observer Research Foundation müəssisəsi mühüm beynəlxalq məsələlər üzərində təmərküzləşməsi, tanınmış ekspertlərin və siyasi xadimlərin iştirakından bəhrələnməsilə böyük şöhrət və önəmə malikdir.

Üçgünlük səfər məqsədilə cümə axşamı günü Hindistana daxil olmuş Ruhani Heydərabadda iki gün qaldıqdan sonra dünən gecə Yeni-Dehliyə daxil olub və bu gün səhər Hindistanın prezidenti və baş naziri tərəfindən rəsmi şəkildə qarşılanıbdır.

Teqlər