Fev 18, 2018 10:02 Asia/Baku
  • Qasemi: Ağ Evin milli təhlükəsizlik müşavirinin söylədikləri ABŞ və digər ölkələrin nüvə anlaşması qarşısındakı öhdəliklərinə ziddir

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü şənbə günü axşam Ağ Evin milli təhlükəsizlik müşaviri Herbert Raymond Mək Misterin İran barədə səsləndirdiyi fikirləri, ölkələrin bu amerikalı rəsmi tərəfindən təhdid edilməsi adlandırıb və bunun ABŞ-ın nüvə anlaşması qarşısındakı öhdəliyinə zidd olmaqla yanaşı, beynəlxalq qanunların Vaşinqton tərəfindən pozulması olduğunu bildirib.

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri şənbə günü Münhen təhlükəsizlik konfransında Yaxın Şərq regionundakı gərginliklər və təhlükəsizlik problemlərinə görə ən çox İranın məsuliyyət daşıdığını deyib. 

Mək Mister həmçinin, ölkəsinin nüvə anlaşması qarşısındakı öhdəliklərini aşkar formada pozaraq, dünya ölkələrinin İrana investisiya və sərmayə qoymaqdan çəkinmələrini istəyib. 

İRNA-nın məlumatına görə, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi şənbə günü Mək Misterin bu çıxışını tənqid edib və deyib: ABŞ hökumətinin dünyanın müxtəlif səhnələrində ardıcıl məğlubiyyətlər ilə üzləşməsi xüsusilə son aylarda onları daha artıq qanunsuz rəftarlara və qanunları aşkar formada pozmağa vadar edib. Bununla da ABŞ hökuməti etimad edilməz və aqressiv niyyətlərə malik olduğunu ortaya qoymuş olub. 

Qasemi əlavə edib: İran bu açıqlamanı ölkələrin ABŞ rəsmisi tərəfindən təhdid edilməsi hesab edir. Bu isə ABŞ-ın nüvə anlaşması çərçivəsində öz öhdəliklərindən kənara çıxması anlamına gəlməklə yanaşı, beynəlxalq hüquq normaları və qaydaların pozulması deməkdir. 

ABŞ prezidenti Donald Tramp davamlı olaraq, nüvə anlaşmasını imzalamış digər ölkələrin əksinə olaraq, bu anlaşmanı "dəhşətli anlaşma" adlandırır və bu anlaşmanın pozulmasını istəyir. Dünya isə buna qarşıdır. 

Teqlər