Mart 03, 2018 15:51 Asia/Baku
  • İran raketləri haqda müzakirənin şərti, ABŞ və Avropanın uzaqmənzilli raketlərinin məhvidir
    İran raketləri haqda müzakirənin şərti, ABŞ və Avropanın uzaqmənzilli raketlərinin məhvidir

İran İslam Respublikası Silahlı Qüvvələrinin baş sözçüsü vurğulayıb ki, İran raketləri haqda müzakirənin şərti, ABŞ və Avropanın nüvə silahları və uzaqmənzilli raketlərinin məhv edilməsidir.

General-mayor pasdar Seyid Məsud Cəzayeri bu gün Amerika və bəzi Avropa ölkələri başçılarının İranın raket qüdrəti barədəki söhbətlərinə reaksiyada deyib: Amerikalılar və avropalıların acizlik üzündən İranın raket qüdrəti barədə dedikləri onların əlçatmaz arzuları olaraq, onların regiondakı məğlubiyyətləri və uğursuzluqlarından mənşə alır.

General Cəzayeri əlavə edib: Əgər qərar olsaydı ki, İranın müdafiə qabiliyyətinin yüksəldilməsi bəzi diplomatik və siyasi müzakirələrin təsiri altında qərar tapmış olsun, bu gün İran elə bir vəziyyətdə olmazdı ki, Amerika bu həddə Tehranın qarşısında zəif mövqedən çıxış etmiş olsun.

İran İslam Respublikası Silahlı Qüvvələrinin baş sözçüsü söyləyib: Amerikanın regiondakı məğlubiyyətləri o zaman bitmiş olacaqdır ki, bu ölkə Asiyanın qərbində iştirakla xudafizləşmiş olsun.

General Cəzayeri həmçinin bildirib ki, sionist rejim Fələstin ölkəsini və Qüdsi-Şərifi işğal etmiş bir qəsbkar kimi qanunsuz bir rejimdir. O, vurğulayıb ki, bu rejim məhvolma dövrünü keçirməkdədir.

Teqlər