Mart 18, 2018 09:13 Asia/Baku
  • 3 Avropa ölkəsinə reaksiya
    3 Avropa ölkəsinə reaksiya

İran İslam Respublikası İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasə Komissiyasının sözçüsü deyib: Amerikanı nüvə sazişində saxlamaq üçün İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi Əhütəli Müştərək Təşəbbüs Proqramını pozan yeni bir ziyandır.

Hüseyn Nəqəvi Hüseyni dünən 3 Avropa ölkəsinin Amerikanı ƏMTP-də saxlamaq üçün İrana qarşı sanksiyalar tətbiq etmələrinə toxunaraq deyib: Avropalıların ABŞ-ı ƏMTP-də saxlamaq cəhdləri müsbət haldır amma bunu hansı məqsədlə etdiklərini öyrənmək lazımdır. 

İran İslam Respublikası İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasə Komissiyasının sözçüsü deyib: İİR-in ƏMTP barədə mövqeyi tam aydındır və məhz buna görə də amerikanlar bu razılaşmadan çıxarlarsa İranın bu razılaşmada qalması üçün heç bir öhdəliyi olmayacaq. 

Almaniya, Fransa və Britaniya ABŞ prezidenti Donald Trampı İran ilə 5+1 qrupu arasında imzalanmış nüvə sazişində qalmağa təşviq etmək məqsədi ilə həyata keçirdiklərini iddia edərək Avropa Birliyinə İrana qarşı yeni sanksiyalar tətbiq etməsini təklif ediblər. Bu sanksiyalara görə İranın raket proqramında rolu olan şəxslər və İranın Suriyadakı fəaliyyətləri hədəfə alınacaq. 

Teqlər