Mart 30, 2018 08:41 Asia/Baku
  • İran Ərəbistanın ittihamlarına reaksiya verdi
    İran Ərəbistanın ittihamlarına reaksiya verdi

İranın BMT-dəki nümayəndəsi Yəmən Ənsarullah Hərəkatının Ər-Riyada raket hücumunda İranın rolunun olmasına dair Səudiyyə Ərəbistanının ittihamlarını əsassız adlandırıb və deyib: Bu ittihamlarda məqsəd dünyanın ümumi məfkurəsini səudiyyəlilərin Yəməndəki cinayətindən yayındırmaqdır.

İRNA-nın məlumatına görə, Qulaməli Xoşru cümə axşamı günü BMT baş katibi və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda Səudiyyə Ərəbistanının başçılıq etdiyi Yəmən əleyhinə təcavüzkar koalisiyanın sözçüsünün ittihamlarına etiraz edib və bildirib: Bu ittihamlar və təhdidlər güc vasitəsindən istifadə etmək və onunla hədələməyin qadağan olması haqda BMT əsasnaməsinə ziddir. 

Ərəbistan qüvvələri tərəfindən Yəmənin mühasirə olunması ilə bu ölkəyə ballistik raketlərin qaçaq edilməsini əsassız adlandıran Xoşrunun sözlərinə görə, Ərəbistan rəsmiləri tərəfindən irəli sürülən ittihamların məqsədi ümumi məfkurəni Yəməndəki cinayətlərindən yayındırmaqdır. 

İran səfiri həmçinin səudiyyə rejimindən regiondakı destabilləşdirici siyasətləri, o cümlədən aclığa səbəb olan Yəməndəki hərbi müdaxiləsinə son qoymasını istəyib. 

Teqlər