Apr 25, 2018 08:45 Asia/Baku
  • Zərif: ABŞ nüvə anlaşmasından çıxdığı halda, çox ehtimal İran anlaşmadan çıxacaq
    Zərif: ABŞ nüvə anlaşmasından çıxdığı halda, çox ehtimal İran anlaşmadan çıxacaq

İran xarici işlər naziri çərşənbə axşamı günü Associated Presslə müsahibədə bildirib: ABŞ Əhatəli Müştərək Təşəbbüs Proqramından çıxdığı halda, çox ehtimalla İran İslam Respublikası bu anlaşmadan çıxacaq.

İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif bildirib: ABŞ prezidenti Donald Tramp nüvə anlaşmasından çıxarsa, İran artıq bu anlaşma çərçivəsində öz beynəlxalq öhdəliklərini yerinə yetirməyə bilər və bu anlaşmada müəyyənləşən məhdudiyyyətlərdən daha geniş şəkildə zənginləşdirməni yenidən başlayacaq. 

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki daimi nümayəndəsi də çərşənbə axşamı günü Nüvə Silahlarının Yayılmamasına dair Sazişə yenidən baxılması üzrə konfransın hazırlıq komitəsinin iclasında bildirib: ABŞ nüvə anlaşmasına qarşı həyasızcasına siyasətlərdən yaranan hər hansı mənfi nəticədə məsuliyyət daşıyacaq. 

Rza Nəcəfi deyib: İranın ötən üç ildə öz öhdəliklərini yerinə yetirdiyi halda, ABŞ nüvə anlaşmasının iştirakçılarından biri olaraq daimi şəkildə onu pozmuşdur. 

İranın AEBA-dakı nümayəndəsi Vaşinqtonun həyasızcasına bəzi nüvə anlaşması tərəfləri üçün nüvə anlaşması şərtlərinin birtərəfli qaydada dəyişilməsinə vaxt təyin etdiyini bildirərək deyib: Nüvə anlaşması yenidən müzakirə edilməyəcək və ya dəyişilməycək. 

Tramp nüvə anlaşmasının sadəcə İranın mənafeyini təmin etdiyini iddia edərək Vaşinqtonun mənafeyi istiqamətində bu anlaşmanın müddəalarının dəyişilməsini istəyir. 

Teqlər