Apr 25, 2018 11:04 Asia/Baku
  • İran xarici işlər naziri: ABŞ öz vədlərinə sadiq deyil
    İran xarici işlər naziri: ABŞ öz vədlərinə sadiq deyil

İran xarici işlər naziri deyib: ABŞ-ın İranla nüvə anlaşmasından çıxması Vaşinqtonun öz vədlərinə sadiq olmadığını sübut edəcək.

Məhəmməd Cavad Zərif çərşənbə axşamı günü Nyu-Yorkda APTN televiziyası ilə müsahibədə bildirib: ABŞ İranla nüvə anlaşmasını tərk edərsə, Tehran da ehtimal üzrə həmin işi görəcək. 

İran xarici işlər naziri əlavə edib: ABŞ Əhatəli Müştərək Təşəbbüs Proqramından çıxdığı halda, İran 2015-ci il nüvə anlaşmasına əsasən beynəlxalq öhdəliklərə sadiq qalmayacaq və anlaşmaya əsasən tətbiq olunan məhdudiyyətlərdən daha geniş şəkildə zənginləşdirməni başlayacaqdır. 

Zərif bildirib: Amerikanın ehtimal üzrə nüvə anlaşmasından çıxması ilə bu ölkə prezidenti Donald Tramp dünyaya Birləşmiş Ştatların etimad ediləsi və etibarlı müzakirəçi şərik olmadığını göstərir. 

ABŞ prezidenti nüvə anlaşmasının sadəcə İranın mənafeyini təmin etdiyini iddia edərək Vaşinqtonun mənafeyi istiqamətində nüvə anlaşmasının müddəalarının dəyişilməsini istəyir. 

Bu istiqamətdə Tramp 12 yanvarda İrana qarşı nüvə sanksiyalarının dondurulması prosesinin müddətini uzatdı. lakin bir sıra şərtlər, o cümlədən nüvə anlaşmasının bəzi müddəaları, İranın raket və hərbi obyektlərinə baxışın keçirilməsini ölkəsinin nüvə anlaşmasında qalmasının şərtləri adlandırıb və deyib: Konqres və Avropa bu şərtləri gerçəkləşdirməsələr, növbəti tarixdə 12 mayda sanksiyaların dondurulması prosesinin müddətini uzatmayacaq və nüvə anlaşmasından çıxacaq. 

Teqlər